Türkiyədə baba 13 yaşlı nəvəsinə dəfələrlə təcavüz edib.
AzNews.az xəbər verir ki, hadisə Bolu şəhərində qeydə alınıb.
Nəvəsinə təcavüz edən 59 yaşlı Fəttah G. 33 il 7 ay müddətinə həbs cəzasına layiq görülüb.
Hazırda 17 yaşında olan nəvə yaşadıqları barədə danışarkən bu anları unuda bilmədiyini deyib.
Nəvənin sözlərinə əsasən, spirtli içki içirdərək ona dəfələrlə təcavüz etmiş babası haqda ailəsi ilə birlikdə Respublika Prokurorluğuna şikayət ərizəsi verib.
Şübhəli məhkəmə zamanı dindirilərkən nəvəsinin psixoloji problemləri olduğunu bildirib.
“Buna görə ona spirtli içki içirdib sakitləşdirməyə çalışdım. Qətiyyən onunla cinsi əlaqədə olmamışam. Tək məqsədim nəvəmə kömək etmək idi”, - Fəttah G. qeyd edib.
Baş verənlərdən sonra psixologiyasının pozulduğunu deyən nəvə babasının onu həmişə aldatdığını bildirib.
“Davamlı olaraq spirtli içki içirdib mənlə cinsi əlaqədə olurdu. İllərlə bu anları unuda bilmədim. Qorxumdan heç kəsə heç nə deyə bilmədim. Məni həmişə təhdid etdi. Psixologiyam hər keçən gün bir az da pozulurdu. Sonda baş verənləri ailəmə danışdım”, - deyə nəvə vurğulayıb.
Pərvanə
AzNews.az