İranda 140 müəssisə, 731 bank şöbəsi yandırıldı

27 Noyabr 2019 15:58 (UTC+04:00)

İrandakı etiraz aksiyaları zamanı 140 dövlət müəssisəsi, 731 bank bölməsi və 70 yanacaqdoldurma məntəqəsi yandırılıb.

Bunu İran Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli deyib. Onun sözlərinə görə, ölkədəki etirazlarda ümumilikdə 200 min nəfər iştirak edib.

Qeyd edək ki, bundan öncə İrandakı etiraz aksiyalarında 106 (bəzi məlumatlarda 200) nəfərin həlak olması haqqında məlumat yayılmışdı. DİN həbs edilənlərin 1000 nəfər olduğunu bildirmişdi.

Qeyri-rəsmi məlumatda isə 900-dən çox bank şöbəsi və 3 mindən çox ATM-in yandırıldığı və dağıdıldığı bildirilmişdi. (Axar.az)

AzNews.az