Gürcüstanda çeçenlər arasında münaqişə: ölən və yaralananlar var

27 Noyabr 2019 16:37 (UTC+04:00)

Gürcüstanda kistinlər (etnik çeçenlər) yaşadığı Pankisi dərəsində qanlı qarşıdurma baş verib.

Sakobianu kəndində iki nəsil arasında olan münaqişənin kəskinləşməsi nəticəsində dava baş verib.

Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Qanlı olayın dəqiq səbəbi hələlik məlum deyil. Tərəflər arasında ədavətin Pankisidə SES-in inşası ilə bağlı olduğu bildirilir. (Report)

AzNews.az