Prezidentin qudasının arzusu gözündə qaldı
22 May 2013 07:03 (UTC+04:00)
Daxili İşlər Nazirliyi namizədlikləri qeydə alınan şəxslərin siyahısını açıqlayıb. Beləliklə namizədliyini verən 686 nəfərdən ancaq 8 nəfərin namizədliyi təsdiqlənib, 678 nəfərə isə veto qoyulub.
Namizədliyi qeydə alınmayanlar arasında eks-prezident Rəfsəncani, indiki prezidentin qudası Məşayi də var.
Namizədliyi qeydə alınanlar isə bunlardır: Səid Cəlili, keçmiş parlament spikeri Qulaməli Hətdad Adil, İnqilab Keşikçilər Ordusunun keçmiş komandanı Möhsün Rzayi, nüvə məsələləri üzrə mütəxəssis Həsən Ruhani, keçmiş prezident müşaviri Məhəmməd Rza Arif, Məhəmməd Garzi, Tehran bələdiyyəsinin başqanı Məhəmmədbağır Qalibaf və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti.
Elnarə
AzNews.az