Parisdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tuta bilər.
TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, dekabrda Parisdə keçirilməsi nəzərdə tutulan "Normandiya formatı"nda görüş çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında ayrıca görüş ola bilər.
Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı "Normandiya formatı"nda dövlət başçılarının görüşü planlaşdırılır.(apa.az)
AzNews.az