Rusiya Qırğızıstana hərbi texnika verdi - Təmənnasız

27 Noyabr 2019 19:52 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi Qırğızıstana iki ədəd Mi-8MT vertolyotu və iki radiolokasiya stansiyası verib.

Rusiya mediası xəbər verir ki, hərbi texnika rəsmi Bişkekə hərbi-texniki yardım məqsədilə təmənnasız verilib.

Verilən texnika Rusiya müəssisələrində müasir səviyyədə təmir olunub.

Müdafiə Nazirliyinin açıqlamasında iki ölkə arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafı çərçivəsində regionda sabitliyin saxlanılmasının vacibliyi qeyd olunub.(qafqazinfo.az)

AzNews.az