Paytaxtda ağır yol qəzası: 2 maşın toqquşdu

22 May 2013 07:29 (UTC+04:00)



"Vaz 21 07" markalı 90 DB 174 dövlət nömrə nişanlı avtomobil "Prado" markalı 90 NS 903 dövlət nömrə nişanlı maşınla toqquşub.

AzNews.az xəbər verir ki, nəticədə "Vaz 21 07" markalı maşının sürücüsü ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəydiyi də bildirilir.

Azər
Aznews.az