Evo Morales: İnterpol məni axtarır

28 Noyabr 2019 11:21 (UTC+04:00)

Boliviyanın sabiq prezidenti Evo Morales Meksikada mətbuat konfransı zamanı İnterpolun onu axtardığını deyib.

E.Morales bildirib ki, İnterpol hazırda onun yerini müəyyən etməyə çalışır:

"İnterpol məni törədilməyən cinayətlərə görə Cənubi Amerikada axtarır".

Onun sözlərinə görə, İnterpol həmçinin ölkənin sabiq vitse-prezidenti Alvaro Qarsiya Lineri də axtarır. (Trend)

AzNews.az