Albaniyada zəlzələ qurbanlarının sayı 40-a çatdı

28 Noyabr 2019 18:55 (UTC+04:00)

Albaniyada zəlzələdə ölənlərin sayı artıb.

“Exit” portalının verdiyi xəbərə görə, zəlzələdə ölənlərin sayı 40 nəfərə çatıb.

Qeyd edək ki, Albaniyada 6,4 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 650-dən çox insan xəsarət alıb. Xeyli sayda insan dağıntılar altında qalıb. Axtarış-xilasetmə işləri davam edir.(apa.az)

AzNews.az