Bakıda bilyard masası oğurlayanlar tutuldu

28 Noyabr 2019 20:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 18-dən 25-dək olan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində anbarların birindən 22 000 manat dəyərində bilyard masasının parçası (18 ədəd) və 13 ədəd bilyard luzasının oğurlanması barədə 4-cü Polis Şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri E.Qafarov və R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

AzNews.az