Rusiyada azərbaycanlı nurçular həbs olundu - TƏFƏRRÜAT

22 May 2013 08:45 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Rusiyanın Perm vilayətində arasında azərbaycanlıların da olduğu ehtimal edilən nurçular saxlanılıb. Saxlananlardan 5 nəfərinin həbs olunduğu bildirilir. Axtarış zamanı dini ekstremist qruplaşmaya aid 5860 kitab və broşur da aşkarlanıb.

Bundan başqa Permdə azərbaycanlılar da daxil olmaqla bir çox millətlərin nümayəndələrinin çalışdığı ticarət mərkəzlərində axtarış aparılıb. Məlumatlara görə, bu ticarət obyektlərindən gələn gəlir qadağan olunmuş fəaliyyətin maliyyələşməsinə sərf edilib.

Xatırladaq ki, 2008-ci ildən "Nurçular" Rusiyada ekstremist fəaliyyət elan edilib. Bu barədə qərarı Ali Məhkəmə çıxarıb.

Elnarə Əlosmanqızı
AzNews.az