Avropa Komissiyasının yeni tərkibi təsdiqləndi

28 Noyabr 2019 21:51 (UTC+04:00)

Avropa İttifaqı Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.

Bu barədə Aİ Şurasının prezidenti Donald Tusk öz "Twitter" səhifəsində qeyd edib.

D.Tusk Avropa Komissiyasının yeni prezidenti Ursula von Derleyen və onun yeni komandasını təbrik edib. D.Tusk bildirib ki, yeni Komissiya dekabrın 1-dən fəaliyyətə başlayacaq.(apa.az)

AzNews.az