İki həftəlik körpə internetdə satışa çıxarıldı

28 Noyabr 2019 22:04 (UTC+04:00)

ABŞ-ın Florida ştatının polisi “Craiglist” saytında yeni doğulmuş körpəsini 500 dollara satmağa hazırlaşan reklamın yaradıcısını axtarır.

Bu barədə “The Sun” xəbər verir.

Sayta 22 noyabrda yerləşdirilmiş reklamda deyilir:

“Yeni doğulmuş uşaq 500 dollara satılır. Körpə iki həftəlikdir. Yatır, gecələr səs salmır. Süni qida və geyimi komplektə daxildir. 4 yaşlı bacısını da pulsuz hədiyyə edə bilərik”.

Reklamda həm də qeyd olunub ki, müəllif uşağını böyütmək istəmədiyi üçün həbs olunmasını istəmir.

Reklam artıq silinsə də, polis cinayətkarı tapmaq niyyətindədir.(oxu.az)

AzNews.az