Zurabişvilinin Ukraynaya səfəri təxirə salındı, səbəbi...

28 Noyabr 2019 22:16 (UTC+04:00)

Gürcüstan prezidenti Salome Zurabişvilinin cari ilin noyabrında Ukraynaya səfəri qarşı tərəfin xahişi ilə əlaqədar 2020-ci ilə təxirə salınıb.

TASS xəbər verir ki, bu barədə Gürcüstan prezidenti administrasiyasının bəyanatında deyilir.

"Cari ilin noyabrında Gürcüstan prezidenti Salome Zurabişvilinin Kiyevə səfəri planlaşdırılırdı, ancaq Ukraynada inkişaf edən proseslərə görə, Ukrayna tərəfinin xahişi ilə səfər 2020-ci ilə təxirə salınıb", - bəyanatda deyilir.

Administrasiyada həmçinin bildirilib ki, daha əvvəl Gürcüstan mətbuatında Ukrayna prezidenti Vladimir Zelenskinin bu ölkəyə səfəri barədə yayılan xəbərlər həqiqətə uyğun deyil.(report.az)

AzNews.az