Putin İsrailə gedir

28 Noyabr 2019 23:06 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin İsrailə səfərə hazırlaşır.

“RİA Novosti” xəbər verir ki, Kreml rəhbəri Beynəlxalq Holokost qurbanlarının Xatirəsi Günündə iştirak edəcək.

Forum 2020-ci ilin yanvarında Qüdsdə keçiriləcək.

Qeyd edək ki, Putinin səfəri barədə məlumatı mətbuat katibi Dmitri Peskov yayıb.(qafqazinfo.az)

AzNews.az