İsveçrənin Rusiyadakı səfirinin başına iş gəldi

28 Noyabr 2019 23:41 (UTC+04:00)

İsveçrənin Rusiyadakı səfirliyinin Natalya adlı əməkdaşı Daxili İşlər Nazirliyinin İstintaq Komitəsinə müraciət edərək səfir İva Rosseni təcavüzə cəhddə ittiham edib.

Rusiya mediası xəbər verir ki, qadının sözlərinə görə, diplomat 2018-ci ildə Futbol üzrə Dünya Çempionatı zamanından ona qarşı fərqli münasibət göstərməyə başlayıb. Onlar hətta Rostov- na-Donda olarkən Rosse mehmanxanada onun qaldığı otağa zorla girib. Natalya səfiri otaqdan güclə çıxardığını, növbəti gün isə İvanın heç bir şey olmamış kimi davrandığını bildirib.

Zorakılığına davam edən Rosse daha sonra qadını işdən çıxarıb. Hətta onun maaşı da tam ödənilməyib.

Bütün bu ittihamların qarşılığında səfirlik Natalyaya qarşı dələduzluq və saxta sənədlər ittihamı ilə cinayət işi açılması üçün polisə müraciət edib. Onlar qadının ittihamlarının əsassız olduğunu bildiriblər.(qafqazinfo.az)

AzNews.az