Qusarda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

29 Noyabr 2019 11:00 (UTC+04:00)

Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Şəhərin Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az