Polis sevgilisi ilə gündəmə gələn Pərvindən qəribə paylaşım: Ər və arvad ayrılmır - VİDEO

29 Noyabr 2019 15:08 (UTC+04:00)

Cazibədar aktrisa Pərvin Abıyeva ilə polis sevgilisi Murad Abdullayevin görüntüləri sosial şəbəkəyə yayılaraq saysız-hesabsız müzakirələrə səbəb olub.

Qafqazinfo.az saytı “Muradın işindən azad edildikdən sonra Pərvinlə yollarını ayırması” haqda məlumat dərc edib.

Şəxsi həyatı ilə bağlı sosial mediada yazılan rəylərə və irəli sürülən iddialara aktrisa şəxsi “Instagram” hesabının “Hekayə” bölümündə paylaşımı ilə yenidən diqqətləri öz üzərinə çəkib.

Pərvin Abıyeva videogörüntü yayımlayaraq, rəfiqəsi ilə ailə mövzusunu müzakirə edib:

“Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur, ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır” sözlərini dilə gətirib.

Üç hissədən ibarət video ilə qane olmayan aktrisa daha sonra “Özünüzdən yazırsınız, pozursunuz, düzürsünüz, qoşursunuz. Bekar insanlar çoxdur, hansı ki, şərhlərdə ağzına gələni danışır. Məncə, çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Heç kim məndən daha yaxşı bilməz” yazaraq status paylaşıb.

Beləcə, cazibədar aktrisa Pərvin Abiyeva şəxsi həyatında hər şeyin yaxşı olduğuna eyham vurub.

Qeyd edək ki, M.Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib. (Oxu.az)

AzNews.az