Prezident özünə yeni köməkçi təyin etdi - Sərəncam

29 Noyabr 2019 16:13 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyevə yeni köməkçi təyin edilib.

Bu barədə Prezident müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.

AzNews.az