Kadırovun 22 yaşlı yeznəsinə yüksək vəzifə verildi

29 Noyabr 2019 16:47 (UTC+04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırovun yeznəsi Visxan Matsuyev DİN Miqrasiya İdarəsinə rəhbər təyin olunub.

Bu barədə “Komsomolskaya pravda” məlumat yayıb.

Yeni rəhbəri Çeçenistan DİN rəhbəri Ruslan Alxanov təqdim edib.

Bəzi məlumatlara görə, 22 yaşlı Matsuyev Əhmad Kadırov adına DİN-in Qroznıdakı “Suvorov” hərbi məktəbində təhsil alıb. Digər mənbələr iddia edir ki, o, DİN-in Krasnodar ali məktəbinin məzunudur.

DİN-in Miqrasiya İdarəsinin yeni rəhbəri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırovanın həyat yoldaşıdır. (Axar.az)

AzNews.az