“Maşa və Ayı” dünyanın ən məşhur şouları siyahısında

29 Noyabr 2019 21:21 (UTC+04:00)

Rusiyanın cizgi filmi “Maşa və Ayı” dünyanın ən məşhur uşaq şouları siyahısında top 5-liyə daxil olub.

Bu barədə cizgi filminin istehsalçısı “Animaccord” məlumat yayıb.

Reytinq cədvəli “Parrot Analytics” tərəfindən hazırlanıb. Siyahı 2-11 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş 20 minədək cizgi filminin analizindən sonra tərtib olunub.

Ekspertlər siyahı hazırlayarkən cizgi filmlərinə baxış sayı, sosial şəbəkələrdə reaksiyalar və digər faktorları nəzərə alıblar.

Qeyd edək ki, “Maşa və Ayı” daha əvvəl ən baxımlı cizgi filmi kimi Ginnesin rekordlar kitabına düşmüşdü.(qafqazinfo.az)

AzNews.az