Turist “28 mall”da oğurluq etdi

30 Noyabr 2019 14:51 (UTC+04:00)

Bakıdakı “28 mall” ticarət mərkəzində yerləşən mağazadan oğurluq olub.

Mağazaya müştəri qismində daxil olan İrandan Azərbaycana turist kimi gələn M.Yaqubi oradan 50 manatlıq qadın paltarı oğurlayıb.

Qadın mağazanın çıxışında mühafizəçilər tərəfindən tutulub.(report.az)

AzNews.az