Qarabağ atları Moskvada beynəlxalq sərgidə nümayiş olunur - FOTOLAR

30 Noyabr 2019 16:32 (UTC+04:00)

Azərbaycanın Qarabağ atları Moskvada keçirilən XXI Beynəlxalq At Sərgisində nümayiş olunur.

Sərgi noyabrın 28-dən dekabrın 1-dək "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçirilir.

Sərgidə ilk dəfə Azərbaycanın fəxri olan nadir cins Qarabağ atları nümayiş olunur.

Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə ediblər.

Eyni zamanda sərgi iştirakçıları Qarabağ atları barədə ətraflı məlumat alma və onlarla xatirə şəkli çəkdirmək imkanı əldə edirlər.(report.az)

AzNews.az