Moskva aeroportları hava şəraitinə görə iflic oldu

30 Noyabr 2019 20:23 (UTC+04:00)

Moskva aeroportlarında 30-dan çox aviareysin hərəkəti gecikir.

Bir sıra istiqamətlərdə uçuşlar ləğv edilib.

Məlumat “Yandex”in cədvəlində paylaşılıb.

“Vnukovo” hava limanında 11 reysin uçuşu gecikir, bir o qədəri də ləğv edilib. “Domodedovo”da gecikən reyslərin sayı 8-dir, 6 hərəkət ləğv edilib. “Şerementyevo”da isə 5 reysin hərəkəti gecikir.

Hidrometroloqlar sabah üçün Moskvada sulu qar və qar proqnozlaşdırıblar.(oxu.az)

AzNews.az