“Xəzər Lənkəran” mərakeşli futbolçuyla müqavilə bağladı

22 May 2013 10:48 (UTC+04:00)
"Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Apasport.az saytının xəbərinə görə, öncə AZAL-ın hücumçusu Franko Nildonu rənglərinə bağlayan cənub təmsilçisi bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Uzun müddətdir ölkəmizdə çıxış edən və səviyyəli legionerlərdən sayılan Zohair Benouahi ilə 2 illik müqavilə bağlanılıb.

26 yaşı olan mərakeşli futbolçu ampulaca yarımmüdafiəçidir və bundan öncə Bakının AZAL klubunun şərəfini qoruyub.

AzNews.az