İrəvanın mərkəzində atışma olub, 1 nəfər yaralanıb

1 Dekabr 2019 18:52 (UTC+04:00)

Bu gün İrəvanın mərkəzində atışma olub, 1 nəfər yaralanıb.

Güllə yarası almış 30 yaşlı kişi "Astxik" Tibb Mərkəzinə gətirilib.

Həmin şəxs İrəvanın mərkəzi rayonu olan Kentrondan gətirilib və atışmanın da məhz orada olduğu ehtimal edilir.

Ermənistan hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. (APA)

AzNews.az