İraqda İran konsulluğu yenidən yandırılıb

1 Dekabr 2019 23:50 (UTC+04:00)

İraqın cənubunda Nəcəf şəhərində hökumət əleyhinə mitinq zamanı nümayişçilər tərəfindən İran konsulluğunun binası yenidən yandırılıb.

Bir həftədə ikinci belə analoji hadisə baş verib.

Qeyd edək ki, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurma nəticəsində konsulluq yaxınlığında 100-dən çox adam yaralanıb.

Rəsmi Tehran bununla əlaqədar Bağdada etirazını bildirib. İraqın Xarici İşlər naziri Məhəmməd əl-Hakim isə öz növbəsində iranlı həmkarı Cavad Zərifdən üzr istəyib. (APA)

AzNews.az