“Qalatasaray” məğlubiyyətdən son anda xilas oldu - “Trabzonspor”la görüşdə

2 Dekabr 2019 08:29 (UTC+04:00)

Dekabrın 1-də Türkiyə Superliqasının XIII turu çərçivəsində keçirilən matçda “Qalatasaray” səfərdə “Trabzonspor”un qonağı olub.

“Medikal Park” arenada baş tutan görüşdə tərəflər bir qol vuraraq heç-heçə ediblər. Qarşılaşmada hesabı 50-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Aleksander Sorlot açıb. Lakin istanbulluların yaponiyalı müdafiəçisi Yuto Naqatomo 90-cı dəqiqədə hesaba tarazlıq gətirərək komandasını məğlubiyyətdən xilas edib.

Bu oyundan sonra “Qalatasaray” xallarının sayını 20-ə çatdıraraq səkkizinci pillədə qərarlaşıb. Trabzon təmsilçisi isə 23 xalla üçüncüdür.

Turun digər oyununda “Başakşəhər” doğma meydanda “Antalyaspor”u 2:0 hesabı ilə məğlub edib. “Dənizlispor” isə səfərdə “Qaziantep”i 1:2 hesabı ilə üstələyib.

Superliqanın 13-cü turuna dekabrın 22-də “Beşiktaş” – “Kayserispor” matçı ilə yekun vurulacaq.

AzNews.az