Bu ölkə NATO-ya üzv olacaq - Ağ Ev icazə verdi

2 Dekabr 2019 09:00 (UTC+04:00)

ABŞ Şimali Makedoniyanın NATO-ya üzv olması ilə bağlı Şimali Atlantika Müqaviləsinə dair protokolu ratifikasiya edib.

Bu barədə ABŞ dövlət katibi Maykl Pompeo özünün "Twitter" səhifəsində yazıb.

“Şimali Makedoniyanın NATO-ya daxil olması ilə bağlı protokolun Birləşmiş Ştatlar tərəfindən təsdiqlənməsini məmnuniyyətlə elan edirəm. Şimali Makedoniya NATO-nun 30-cu üzvü olmağa bir addım daha yaxınlaşdı!”. (Report)

AzNews.az