Bakıda “BMW” otelin giriş qapısına çırpıldı

2 Dekabr 2019 09:41 (UTC+04:00)

Bu gecə Bakıda daha bir ağır yol qəzası baş verib.

Hadisə Səbail rayonu, Neftçilər prospektində qeydə alınıb. Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən əvvəlcə “Audi” markalı maşına daha sonra “Ford” markalı nəqliyyat vasitəsinə dəyib.

İdarəteməni itirən sürücü nəqliyyat vasitəsini “Park İNN” otelinin giriş qapısına çırpıb. Qəza nəticəsində “BMW”nin sürücüsü ağır xəsarət alıb. Avtomobillərə və otelə ciddi ziyan dəyib. “BMW” markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az