Lavrov Bakıda Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

2 Dekabr 2019 09:50 (UTC+04:00)

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük rəsmi səfəri başlayır.

Səfər çərçivəsində S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

“E. Məmmədyarovla danışıqlar zamanı beynəlxalq və regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək”.

Rusiya XİN-dən bildirilib ki, səfərdə həmçinin xarici siyasət idarələri arasında 2020-ci il üçün məsləhətləşmələr planının da imzalanması nəzərdə tutulub. (Report)

AzNews.az