Məmmədyarov erməni həmkarı ilə görüşəcək

2 Dekabr 2019 11:51 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub.

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər.

Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq.

AzNews.az