Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyi keçiriləcək

2 Dekabr 2019 12:19 (UTC+04:00)

Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubiley sərgisi keçiriləcək.

AzNews.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ərsəyə gələcək sərgi dekabrın 20-dən 27-dək davam edəcək.

Sərgidə nümayiş olunacaq rəngkarlıq və qrafika əsərləri rəssamın ailə kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçiləcəkdir.

Bahar RÜSTƏMLİ

AzNews.az