İşə düzəltmək adı ilə dələduzluq edən şəxs tutuldu

2 Dekabr 2019 12:27 (UTC+04:00)

İnsanları aldadaraq pullarını mənimsəyən Saatlı sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

AzNews.az