Sabirabadda bir günlük uşaq öldü – Həkim ittiham olunur

2 Dekabr 2019 13:57 (UTC+04:00)

Sabirabad rayonunda uşaq ölümü baş verib.

Hadisə Sabirabad rayon Perinatal Mərkəzdə qeydə alınıb.

Belə ki, doğuşdan bir gün sonra Sabirabad rayon sakini, 2000-ci il təvəllüdlü Fətiyeva Hurə Arif qızının körpəsi ölüb.

Yaxınlarının bildirdiyinə görə, uşaq həkim səhlənkarlığı nəticəsində həyatını itirib.

Faktla bağlı araşdırmalara başlanılıb. (APA)

AzNews.az