İlham Əliyev bu şəxsi Prezident Administrasiyasında şöbə müdiri vəzifəsinə təyin etdi

2 Dekabr 2019 16:02 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin.

AzNews.az