Bakı üçün çox darıxıram - Alsu

2 Dekabr 2019 17:35 (UTC+04:00)

Rusiyanın məşhur pop ulduzu Alsu və müğənni qızı Mikella Abramova “Moskva-Baku” nəşrinə müsahibələri zamanı Bakıya qayıtmaq istədiklərini bildiriblər.

“Bakıya gəlməyi çox istəyirəm. Çünki bir ildir ki, Bakıda olmamışam. Azərbaycanın paytaxtı üçün çox darıxıram.

Orada çoxlu dostlarımız və qohumlarımız var. Mikella da mənim kimi, bir neçə dəfə Bakıda olub, həqiqətən, ümid edirəm ki, tezliklə gələcəyik”. (Oxu.az)