Sabah 32 dərəcə isti olacaq
22 May 2013 11:35 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənillir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
AzNews.az