Ronaldu “Qızıl top”un təltifetmə mərasiminə qatılmadı

3 Dekabr 2019 00:00 (UTC+04:00)

Fransanın paytaxtı Parisdəki Şatle teatrında "Qızıl top" mükafatının təltifetmə mərasimi başlayıb.

Tədbirin aparıcıları keçmiş frutbolçu Didye Droqvba və aktrisa Sendi Erberdir.

Mükafata namizədlərdən Kriştianu Ronaldu mərasimə qatılmayıb. Bu isə İtaliya "Yuventus"unun portuqaliyalı hücumçusunun mükafatçı olmayacağı anlamına gəlir.

Qeyd edək ki, digər namizədlər İspaniyanın "Barselona" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi ilə İngiltərə "Liverpul"unun Niderlanddan olan müdafiəçisi Vircil van Deykdir.(report.az)

AzNews.az