Ərdoğandan F-35 açıqlaması: "Ümid edirəm ki..." - SON DƏQİQƏ

3 Dekabr 2019 10:41 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan London səfərindən əvvəl mətbuat konfransı keçirib.

AzNews.az xəbər verir ki, o, jurnalistlərin NATO zirvəsi və F-35-lə bağlı suallarına cavablandırıb.

R.T. Ərdoğan zirvə ilə bağlı danışarkən təhlükəsiz bölgə məsələsinin gündəmdə olacağını deyib.

“Bu mövzuda Tel Abyad və Rəsulaynı müzakirə edəcəyik. Ölkələrin fikirlərini bilmək istəyirik. Böyük Britaniya, Fransa bu mövzuya necə yanaşacağını bilmirəm. Layihələrimizi təqdim edəcəyik”.

Türkiyə prezidenti digər ölkələrlə də müzakirələrin aparılacağını bildirib.

“Xüsusilə Fransanı Şərqi Aralıq dənizi və Liviya ilə işlərimiz narahat edir. Bu, Liviyanın, Türkiyənin suveren hüququdur və sizinlə bunu müzakirə etməyəcəyik”, - deyə R.T. Ərdoğan əlavə edib.

O, F-35 məsələsi ilə bağlı suala da cavab verib. Bildirib ki, mövzu gündəmə gələrsə, yenidən müzakirə ediləcək.

“Ümid edirəm ki, nəticəsi xeyirli olar”, - deyə Türkiyə prezidenti qeyd edib.

Pərvanə

AzNews.az