Qaxda ailəli qadın 3 uşaq atasına qoşulub qaçdı

3 Dekabr 2019 12:08 (UTC+04:00)

Ötən gün Qax rayonunda itkin düşən 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova tapılıb.

Ailəli olan Bahar Cəmilova, ailə qurmaq məqsədilə Oğuz rayonu Kərimli kəndində yaşayan kişiyə könüllü olaraq qoşulub qaçıb. B.Cəmilova bu barədə atasına zəng edərək öz istəyi ilə getdiyini deyib.

B.Cəmilovanın qoşulub qaçdığı kişinin 3 uşağı var.

Xatırladaq ki, Qax şəhər Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova evdən çıxıb və geri qayıtmayıb.

B.Cəmilova evlidir, 1 övladı var. (Report)

AzNews.az