Necati Şaşmaz haqqında arvadının dediyi sözlər hər kəsi şok etdi: "25 yaş kişik qızla..." - VİDEO

3 Dekabr 2019 14:11 (UTC+04:00)

Məşhur aktyor Necati Şaşmazın boşanma ərəfəsində olduğu həyat yoldaşı Nagehan Şaşmaz aktyor haqqında heç kimin bilmədiyi faktları açıqlayıb.

AzNews.az xəbər verir ki, o, aktyoru ABŞ-da amerikalı bir qadınla evli olmaqda və bunu hər kəsdən gizlətməkdə ittiham edib. Negehanın sözlərinə görə, Klaire B. adlı qadın Necatidən 25 yaş balaca olub. Aktyorun həyat yoldaşı onu bu evliliyi hansı səbəbdən etdiyini və hər kəsdən gizlətdiyini açıqlmasını tələb edib.

Necati Şaşmazın vəkili isə aktyorun 2001-ci ildə sözügedən qadından boşandığını və Nagehan Şaşmazın da bundan xəbərdar olduğunu iddia edib.

Qeyd edək ki, Necati Şaşmaz Azərbaycanda da hər kəsin sevərək izlədiyi "Kurtlar vadisi" serialı ilə məşhurlaşıb. O, sözügedən serialda "Polad Elemdar" obrazını canlandırıb.

Aynur

AzNews.az