Pərvin Abıyevaya qeyri-adi zəng: "Uşaqlara tapşırıq vermişəm sizi..." - FOTO

3 Dekabr 2019 14:24 (UTC+04:00)

Aktrisa Pərvin Abıyeva sosial media hesabında ona zəng edən bəydən bəhs edib.

AzNews.az xəbər verir ki, o, həmin şəxsin yeni çəkiləcək filmə sponsurluq edəcəyini söylədiyini bildirib. Lakin telefon danışığı mübahisəli olub və aktrisa sözügedən danışığın məzmununu İnstagram hesabında nəql edib:

"211-lə başlayan bir nömrədən zəng gəlib. Deyir: "Bir film var, mən onun sponsoruyam. Uşaqlara dedim baş rola sizi çəksinlər". Cavab verdim ki, "Uşaqlar kimdi"? Deyir: "Nə bilim, film çəkənlərdəə". Dedim "Siz bir filmin sponsorsunuzsa və mən o, filmdə çəkiləcəyəmsə, sizə mənə zəng etmək haqqını kim verib"?

Cavab olduqca gözəl və maraqlıdır. "Çox maraqlısınız, elə bil aktrisya yox, vitse prezidentə zəng vurmuşam". Sonda isə adboy verdi. Demokratik ölkədə yaşayırıq, beyniniz isə demokratiyanın nə olduğunu bilmir".

Aynur

AzNews.az