İranda həbs olunan alimimiz bir neçə saatdan sonra Bakıda olacaq

22 May 2013 12:18 (UTC+04:00)

"1 saat bundan əvvəl mənə verilən məlumata görə, İrana səfər edən Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti artıq Bakıya qayıdır və Xalidə xanım da onlarladır".

Bunu AzNews.az-a İranda bir neçə gün saxlanıldıqdan sonra azad edilən AMEA-nın əməkdaşı, Xalidə Xalidin çalışdığı şöbənin müdiri, professor Vaqif Arzumanlı verib.

V. Arzumanlının sözlərinə görə, qısa zamanda nümayəndə heyəti Bakıda olacaq: "Yəqin ki, ilk fürsətdə mən onlarla, yaxud onlar bizimlə əlaqə saxlayacaqlar".

Elnarə
AzNews.az