Rusiya ilə Ukrayna 10 illik neft müqaviləsi imzaladı

3 Dekabr 2019 19:07 (UTC+04:00)

Bu barədə “Ukrtransnaft”ın “Facebook” səhifəsində yazılıb. Qeyd edilir ki, müqavilə “Transneft” şirkəti ilə bağlanıb. Tərəflər neftin Ukrayna ərazisindən keçməklə tranziti qaydaları haqda əlavə saziş də bağlayıblar.

Sazişin müddəti 2020-ci ilin 1 yanvarından 2030-cu ilin 1 yanvarınadək olan dövrü əhatə edir.(qafqazinfo.az)

AzNews.az