Davudoğlunun yeni partiyasının loqosu bilindi

3 Dekabr 2019 19:32 (UTC+04:00)

Türkiyənin sabiq Baş Naziri Əhməd Davudoğlunun dekabrın 6-da quracağı yeni partiyasının loqosu bəlli olub.

Türkiyə mediası xəbər verir ki, partiyanın yeni loqosu günəş olacaq. Ad üzərində isə hələlik 2-3 alternativ variant düşünülür.

Qeyd edək ki, Davudoğlunun partiyasında keçmiş AKP-li millət vəkilləri – Səlcuk Özdağ, Ayxan Səfər Üstün, Feramuz Üstün, Abdullah Başçı, keçmiş nəqliyyat naziri Feridun Bilgin kimi siyasətçilər yer alacaq.(qafqazinfo.az)

AzNews.az