18 yaşlı qız dəm qazından zəhərləndi

3 Dekabr 2019 20:30 (UTC+04:00)

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şükürlü Mətanət Qalib qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan M. Şükürlünün vəziyyətin kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az