58 yaşlı kişi qoz ağacından yıxıldı

3 Dekabr 2019 23:38 (UTC+04:00)

Qax sakini ağacdan yıxılıb.

Hadisə rayonun Marsan kəndində baş verib.

Həmin kəndin sakini 58 yaşlı Vaqif Cabbarov qoz ağacından yıxılaraq xəsarət alıb. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı V.Cabbarova onurğa fəqərəsinin travması diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.(report.az)

AzNews.az