Türkiyə 5 almaniyalı terrorçunu ölkədən çıxardı

4 Dekabr 2019 08:45 (UTC+04:00)

Türkiyə hökuməti həbsdə saxladığı xarici ölkə vətəndaşı olan terrorçuları öz ərazisindən çıxarmaqda davam edir.

Bu dəfə dekabrın 3-də Almaniya vətəndaşı olan beş terrorçu öz ölkələrinə göndərilib. Bu barədə Türkiyənin Daxili İşlər nazirliyi məlumat yayıb.

Ən son məlumata görə, Türkiyə həbsxanalarında 1172 İŞİD terrorçusu olub. Onlardan ən azı 750-si xarici ölkə vətəndaşı idi. Bəzi ölkələr öz vətəndaşı olan terrorçuları qəbul etmək istəməsələr də, Türkiyə israrlı şəkildə onları özü ərazisindən çıxarmaqda davam edir.

AzNews.az