“Google Play 2019”un mükafatları açıqlandı

4 Dekabr 2019 11:21 (UTC+04:00)

“Google Play” mağazasında 2019-cu il üçün açıq səsvermənin nəticələri açıqlanıb. “Play and Win” (“Oyna və Qazan”) tətbiqetməsi bu il yerli mükafat alan yeganə məhsul olub.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, hər ilin sonunda keçirilən “Google Play Store”da “ən yaxşı” mükafatın seçimi xalq səsverməsi ilə baş tutub.

Bu siyahıda 2019-cu ilin ən yaxşı istehsalı, habelə redaktorlar tərəfindən seçilən ən yaxşı məhsullar yer alıb.

"Google Play" ölkə mağazalarına görə dəyişən namizəd siyahısında Türkiyədən “Oyna və Qazan " ən yaxşı tətbiqetmə seçilib. “Call of Duty: Mobile” isə 2019-cu ilin ən yaxşı oyunu olub.

Səidə Vahid

AzNews.az